Karreno-Bustadan imtina
Dünyanın 17-ci raketkası Pablo Karreno-Busta İndian-Uellsdəki turniri yarımçıq tərk edib. Onun “Masters”dəki çıxışını dayandırması zədə ilə bağlıdır.
Turnirdən imtina edən Pablonu lakı-luzer Radu Albot əvəzləyib. O, yarışa ikinci mərhələdən başlayacaq. Radunun rəqibi Endi Marrey olacaq.