Kamerun “8”ə çatdı
DÇ-2022-nin beşinci oyun gününün ilk matçında İsveçrə Kameruna 1:0 hesabı ilə qalib gəlib. Bu, afrikalıların mundiallarda ardıcıl 8-ci məğlubiyyəti olub.
DÇ-2006-da Almaniya (0:2), DÇ-2010-da Niderland (1:2), Danimarka (1:2), Yaponiya (0:1), DÇ-2014-də Braziliya (1:4), Xorvatiya (0:4) və Meksikaya (0:1) məğlub olan kamerunluların 2018-ci ildəki yarışın final mərhələsinə vəsiqə qazana bilməyib. “Ramolunmaz aslanlar”ın sonuncu uğuru 20 il əvvəl qeydə alınıb. DÇ-2002-də afrikalılar Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Riqober Sonqun yetirmələri noyabrın 28-də Serbiya ilə üz-üzə gələcək.