Sürpriz kupon – 25.11.2022
İngiltərə – ABŞ QOL/QOL
İngiltərə ilk matçda İranın qapısına 6 top vura bildi.
Amma ABŞ-ın Uelsə qarşı ilk oyunu göstərdi ki, amerikalılar heç də pis komanda deyil. Üstəlik, Birləşmiş Ştatlar daim İngiltərədən geri qalmadığını sübut etməyə çalışır. Harri Keynin oynaması sual altındadır. Hər iki komandanın fərqlənmək imkanları olacaq.
Uels – İran ÜST 2,5
İranın müdafiə xəttində ciddi problemlər olduğu göründü. Həm də əsas qapıçı Uelsə qarşı oynaya bilməyəcək. Uelsin heyətində Beyl kimi istənilən qarşılaşmanın taleyini həll edə biləcək lider futbolçu var.
Niderland – Ekvador ÜST 2,5
Hər iki komandanın hücum xəttində səviyyəli oyunçular yer alır. Memfis Depay ötən görüşdə sonradan meydana daxil oldu və qol vura bilmədi. Bu dəfə növbə ona da çata bilər.
Ekvadorda isə dubl edən veteran Enner Valensiyaya böyük ümid bəsləyirlər.