İznerdən vida

İznerdən vida

ABŞ tennisçisi Con İzner gələcək karyerası ilə bağlı qərarını verib. Bunu amerikalının özü açıqlayıb.

O, “US Open”dən sonra karyerasını başa vuracaq. Bununla da tennisçinin ATP-dəki 17 illik çıxışı yekunlaşacaq.

İzner bu müddətdə 16 titul qazanıb. 2018-ci ildə “Uimbldon”un yarımfinalçısı olan tennisçi hazırda dünya reytinqində 158-cidir. Onun şəxsi rekordu 8-ci pillədir.

Qeyd edək ki, “US Open” avqustun 28-dən sentyabrın 9-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Musa Qurbanlı İsveçdə qol hesabını açdı

Növbəti yazı

“Mançester Siti”dən 50 milyonluq təklif