İtaliya 11-ci dəfə Avropa çempionatında

İtaliya 11-ci dəfə Avropa çempionatında

Avro-2024-ün seçmə mərhələsi başa çatır. C qrupunun son turunda Ukrayna İtaliya ilə qarşılaşıb.

Görüş 0:0 hesabı ilə heç-heçə başa çatıb. “Skuadra Adzurra” 14 xal toplayaraq C qrupunda 2-ci yeri tutaraq Avro-2024-ün final mərhələsinə vəsiqəni təmin edib.

Bu, İtaliya üçün 11-ci Avropa çempionatı olacaq. Yarış tarixində daha çox vəsiqə qazanan yalnız iki komanda var – Almaniya (14) və İspaniya (12).

ETOPAZ

Əvvəlki yazı

Qavi Avropa çempionatını buraxacaq

Növbəti yazı

Keyn Haalandı geridə qoydu