İspaniya millisində ciddi itki
İspaniya millisində ciddi itki baş verib. Komanda AVRO-2024-dəki ilk oyununa itki ilə çıxacaq.
Bunu “qırmızı fürya”nın baş məşqçisi Luis de la Fuente açıqlayıb. O bildirib ki, Emerik Laport 1-ci turu buraxacaq. Müdafiəçi Xorvatiyaya qarşı oynamayacaq: “Laport zədələnməyib. Amma bəzi problemləri var. Qərara gəldim ki, risk etməyək. Bu üzdən də Emerik oynamayacaq”.