“İnter”dən Fransaya

“İnter”dən Fransaya

“İnter”in futbolçusu Xoakin Korrea karyerasını Fransada davam etdirəcək. “Marsel”ə transferə yaxın olan yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək.

O, sonradan alınma hüququ ilə icarəyə veriləcək. Əgər marsellilər növbəti mövsümdə Çempionlar Liqasında oynamaq hüququ qazansa, Korreanı transfer etməyə borclu olacaq.

Argentinalı ilə müqavilə 4+1 illik nəzərdə tutulub. Xoakin ildə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, “Marsel” 29 yaşlı futbolçunun gələcək transferi üçün 12 milyon avro ödəyəcək.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: ”Bu qələbə bizi arxayınlaşdırmamalıdır”

Növbəti yazı

Salah “Əl-İttihad”a keçidə razılıq verdi