“İnter” “Yuventus”a yaxınlaşdı
“İnter” tarixində 7-ci dəfə İtaliya Superkubokunu qazanıb. Simone İnzaqinin yetirmələri buna Səudiyyə Ərəbistanında baş tutan matçda “Milan”ı 3:0 hesabı ilə darmadağın edərək nail olub.
Ardıcıl ikinci dəfə bu mükafata yiyələnən “neradzurra” Superkubok sayında derbidəki rəqibinə çatıb. “Milan”ın da eyni sayda uğuru var.
Rekord isə “Yuventus”a məxsusdur. Turinlilər 9 dəfə Superkubok sahibi olub. “İnter”lə “Milan”ı onlardan iki titul ayırır.