“Australian Open”də ilk büdrəmə

“Australian Open”də ilk büdrəmə

Dünya reytinqinin “Top-10”unda yer alan iki tennisçi “Australian Open”lə vidalaşıb. 8-ci raketka Darya Kasatkina və 9-cu sırada olan Veronika Kudermetova üçün turnir başa çatıb.

Onlar “onluq”da yer alan və yarışa vida edən ilk qadın tennisçiləridir. Darya birinci mərhələnin son günündə, Veronika isə ikinci raundda mübarizəni dayandırıb.

Bu gün “onluq”da qərarlaşan daha üç tennisçi korta çıxacaq. Ons Jaber, Karolin Qarsiya və Belinda Bençiç ikinci mərhələdə mübarizə aparacaq.

Qeyd edək ki, “onluğ”un digər 5 üzvü artıq üçüncü raunda yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Vaşinqton” hücumçusuna klub axtarır

Növbəti yazı

“İnter” “Yuventus”a yaxınlaşdı