“İnter” “Milan”ı məğlub etdi

“İnter” “Milan”ı məğlub etdi

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. “İnter” “Milan”ın qonağı olub.

Matç “neradzurri”nin üstünlüyü ilə başlayıb. “Göy-qaralar” erkən qola sevinib. Edin Dzeko hesabı açıb. Çox keçmədən qonaqlar daha bir dəfə fərqlənib. Henrik Mxtryan topu tora qovuşdurub. İkinci yarı isə meydan sahiblərinin hücumları ilə yadda qalıb. Lakin ardıcıl hücumlar təşkil edən “rossoneri” qol vurmağı bacarmayıb. “İnter” cavab qarşılaşmasına üstün yollanıb – 2:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçları mayın 16-17-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 11.05.2023

Növbəti yazı

Dzeko ikinci oldu