Dzeko ikinci oldu
Edin Dzeko Çempionlar Liqasının pley-offunda fərqlənən ikinci ən yaşlı futbolçu olub. Yarımfinalın ilk matçları çərçivəsində baş tutan Milan derbisində hesabı açan bosniyalı hücumçu 37 yaş 54 günündə bunu bacarıb.
Bu göstəricidə ilk pillədə “Mançester Yunayted”in üzvü Rayan Giqqz qərarlaşıb. Uelsli futbolçu 37 yaş 148 günündə “Şalke”nin qapısına yol tapıb. Qeyd edək ki, “İnter” “Milan”a 2:0 hesabı ilə qalib gəlib.