“İnter”dən ilk

“İnter”dən ilk

“İnter” tarixində ilkə imza atıb. Simone İnzaqinin yetirmələri Çempionlar Liqasında ilk dəfə “Milan”a qalib gəlib.

Bu, rəqiblər arasında 5-ci dueldə gerçəkləşib. “Neradzurra” yarımfinalın ilk görüşündə səfər qələbəsinə sevinib – 2:0. Bunadək keçirilən 4 matçda “İnter” qalib gəlməmişdi.

Əvvəlki görüşlərdə iki dəfə “Milan” qələbə qazanmışdısa, iki dəfə sülh qeydə alınmışdı. Ümumilikdə isə “İnter” derbidə 88-ci dəfə sevinib. Milanın eyniadlı təmsilçisi 79 dəfə qalib olub.

69 matç heç-heçə ilə nəticələnib. Top fərqində də “neradzurra” üstündür – 328:310.

Komandalar arasında yarımfinalın cavab oyunu mayın 16-da baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Dzeko ikinci oldu

Növbəti yazı

Dörd ildə 11-ci baş məşqçi