İngiltərə və ABŞ qələbə qazandı

İngiltərə və ABŞ qələbə qazandı

Dünya çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. B qrupunda İngiltərə Uelslə, ABŞ İranla qarşılaşıb.

Britaniya duelində ingilislər üstün olub. ”Ağ-qırmızılar” ikinci hissədə istəyinə çatıb. Markus Reşford 50-ci dəqiqədə hesabı açıb. Bundan çox az sonra Fil Foden fərqi iki topa çatdırıb. Ardınca Reşford özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb – 3:0.

ABŞ – İran matçı isə daha bərabər keçib. Amerikalılar ilk hissədə üstün olub. Bu özünü 38-ci dəqiqədə doğruldub. Kristian Pulişiç hesabı açıb – 1:0. Görüş bu hesabla başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Niderlanddan rekord

Növbəti yazı

1/8 finalın ilk cütləri bəlli oldu