“İndiana”da 5 müqavilə

“İndiana”da 5 müqavilə

“İndiana” beş basketbolçu ilə müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Hücumçu Kendall Braunla ikitərəfli anlaşma bağlayıb. 19 yaşlı oyunçu bu il draftda 48-ci nömrə ilə “Minnesota” tərəfindən seçilib. O, oyunçu dəyişikliyi ilə “Peysers”ə keçib.

“İndiana” dörd təcrübəli oyunçu ilə təmin olunmamış müqavilə imzalayıb. Hücumçular 35 yaşlı Ceyms Conson, 26 yaşlı Benni Biutrayt, müdafiəçilər 29 yaşlı Qeyb York və 31 yaşlı Devid Stokton heyətə düşmək üçün mübarizə aparacaq.

ETOPAZ

Əvvəlki yazı

Benzema derbidə olmayacaq

Növbəti yazı

Halanddan tarixi göstərici