İmmobile koronavirusa yoluxdu

İmmobile koronavirusa yoluxdu

İtaliya millisinin və “Latsio”nun futbolçusu Çiro İmmobile koronavirusa yoluxub. Hücumçunun koronavirus testi müsbət nəticə verib.

Həyat yoldaşı Cessikanın bir gün öncə yoluxması üzündən özünü təcrid edən Çiro A seriyasının XVIII turunun “Cenoa” ilə matçını (3:1) buraxıb. Lakin onun özünün də yoluxduğu üzə çıxıb. Buna görə də İmmobile “Venetsiya” ilə dekabrın 22-dəki görüşdə də iştirak edə bilməyəcək.

ETOPAZ

Əvvəlki yazı

“Australian Open”də püşkatma tarixi

Növbəti yazı

“Bursaspor”da yeni baş məşqçi