İki Premyer Liqa klubu Sakaya “elçi düşdü”

İki Premyer Liqa klubu Sakaya “elçi düşdü”

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka iki klubun diqqət mərkəzinə düşüb. Onunla “Mançester Siti” və “Liverpul” yaxından maraqlanır.

Premyer Liqa təmsilçiləri “Arsenal” ilə müqaviləsinin son iki ilinə girən Bukayo Sakanın gələcəyi ilə bağlı hadisələri diqqətlə izləyirlər. Qeyd olunur ki, “Siti” “topçular”ın 20 yaşlı yarımmüdafiəçiyə uzunmüddətli müqavilə bağlamağa çalışdığı andan maraq göstərməyə başlayıb.

Gənc oyunçunun klubda yüksələn statusunu əks etdirən yeni, təkmilləşdirilmiş müqavilənin bağlanması “Arsenal”ın yay transfer pəncərəsi üçün əsas prioritetlərindən biridir.

“Liverpul”un da yarımmüdafiə xəttini gücləndirməyə diqqət yetirdiyi bildirilir. “Arsenal”ın Çempionlar Liqasına vəsiqə qazana bilməməsi, Bukayonun “Emirates”dəki gələcəyinin bu yay qərarsız qalacağına dair ümidlərini artırdı.

ETOPAZ

Əvvəlki yazı

“İnter”in Lukaku planı

Növbəti yazı

“Mançester Siti” Sterlinqi satmağa hazırdır