“İnter”in Lukaku planı

“İnter”in Lukaku planı

“İnter” hücumçu Romelu Lukaku üçün “Çelsi”yə təklif verməyə hazırlaşır. İtaliya klubu belçikalını iki illik icarəyə götürmək niyyətindədir.

29 yaşlı futbolçu London klubunun rəhbərliyindən “İnter”in təklifini qəbul etməyi xahiş edir. Qeyd olunur ki, o, 2021-ci ilin sonundan Milan təmsilçisinin məşqçilər korpusu və rəhbərliyi ilə daimi əlaqə saxlayır.

Eyni zamanda, Lukaku İtaliyaya qayıtmaq üçün hazırkı maaşının üçdə birindən imtina etməyə hazırdır.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 07.06.2022

Növbəti yazı

İki Premyer Liqa klubu Sakaya “elçi düşdü”