İkardi “Qalatasaray”da
“Qalatasaray” yeni transferini reallaşdırıb. Klub PSJ-nin hücumçusu Mauro İkardini heyətinə qatdığını açıqlayıb.
Türkiyəlilər 29 yaşlı argentinalını mövsümün sonuna qədər icarəyə götürüb. İkardinin “Qalatasaray”da maaşı 6,75 milyon avro olacaq: 6 milyonu PSJ-dən, 750 mini İstanbul klubundan alacaq.
