Halep yarımfinalda
“Böyük dəbilqə” turnirlərinin ikiqat qalibi Simona Halep Lintsdəki turnirin yarımfinalına yüksəlib. O, WTA-250 yarışının 1/4 finalında Yasmin Paolini üzərində çətin qələbə qazanıb. Matçın taleyi üç setdə həll olunub – 4:6, 7:5, 6:0.
Qarşılaşma 2 saat 14 dəqiqə davam edib. Halep bu görüşdə 3 eys, 4 ikiqat səhv və 7 breyk-pointlə yadda qalıb. Yasmin isə 3 eys və eyni sayda ikiqat səhvə yol verdiyi matçda 4 breyk-pointdən istifadə edə bilib.
Turnirin mükafat fondu 189 min 708 avrodur. Lintsdəki son yarışın qalibi Arina Sobolenko olub. O, titulunu qorumaqdan imtina edib.