Sürpriz kupon – 11.11.2021

Sürpriz kupon – 11.11.2021

Malta – Xorvatiya – 2,5 üst

Komandalar arasında səviyyə fərqi hamıya məlumdur. Üstəlik, xorvatlar son turda qrup liderliyi uğrunda həlledici matça çıxacaq. İlk oyunda olduğu kimi Rusiya-Xorvatiya dueli yenə 0:0 bitərsə, top fərqi əsas götürüləcək. Burada isə üstünlük Rusiyanın xeyrinədir. Deməli, Xorvatiya Maltaya bacardıqca çox qol vurmalı və ya son turda Rusiyaya mütləq qalib gəlməlidir.

Gürcüstan – İsveç – 2

İsveç qrup liderliyini qorumaq üçün bu dueli qazanmalıdır. Əks halda fürsət gözləyən İspaniya yığması onları haqlayacaq. Son turda bu 2 komandanın qarşılaşacağını nəzərə alsaq, İsveç Tiflisdə mütləq qələbə qazanıb, ispanlarla həlledici oyuna rahat çıxmalıdır.

Rumıniya – İslandiya – 1

İslandiyanın qrup 2-cisi olmaq şansı möcüzəyə bağlıdır. Bu isə Buxarest səfərində onların motivasiyasına təsir göstərə bilər. Rumıniya isə xal itirəcəyi halda 2-ci yeri Ermənistan və ya Şimali Makedoniyaya verə bilər. Azarkeş dəstəyi və motivasiya Rumıniyanın qələbəsinə təkan verə bilər.

Malta – Xorvatiya – 2,5 üst – [nowbetnow-dynamic dyn_code=814]

Gürcüstan – İsveç – 2 – [nowbetnow-dynamic dyn_code=815]

Rumıniya – İslandiya – 1 – [nowbetnow-dynamic dyn_code=816]

Yekun əmsal: 3,10

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 11.11.2021

Növbəti yazı

Halep yarımfinalda