Alves “Barselona”ya lazım olmadı
Braziliyalı müdafiəçi Dani Alvesin İspaniyanın “Barselona” klubuna qayıdışı baş tutmayıb. La Liqa təmsilçisi veteran futbolçu ilə müqavilə imzalamayacaq.
Klub rəhbərliyi 38 yaşlı müdafiəçinin qayıdışını nəzərdən də keçirməyi lazım bilməyib. Son komandası Braziliya “San-Paulu”su olan Alves maaşını ala bilmədiyi üçün klubla müqaviləni pozub. Azad agent statusuna malik oyunçu özünü “Barselona”ya təklif edib və qayıtmaq arzusunu açıqlayıb.