Halanddan qol seriyası
Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland ardıcıl 6-cı oyunda qol vurub. O, Çempionlar Liqasında I turun “Beşiktaş”la oyununda (2:1) fərqlənib. Forvard bununla da “Borussiya”da keçirdiyi 66-cı oyunda 66-cı qola imza atıb.
Hücumçu qitənin ən nüfuzlu klub turnirindəki qol sayını 21-ə çatdırıb. Norveçli ulduz 21-ci qolunu 17-ci matçında vurub. Bu, turnirin tarixində mütləq rekorddur.
Erlinq 21 qol səddinə ən tez çatan digər futbolçuları ən azı 10 matç qabaqlayır. Ruud van Nistelroy 21-ci qolunu 27-ci oyununda vurub. Filippo İnzaqi 28-ci, Mario Qomes 32-ci, Mario Jardel, Kərim Benzema və Rivaldo 35-ci matçında 21-ə çatıb.