Ernanqomes “Boston”a keçdi

Ernanqomes “Boston”a keçdi

Xuan Ernanqomes “Boston”a keçib. 25 yaşlı hücumçu “Memfis”dən transfer olunub. 206 sm boya malik forvard iki müdafiəçi ilə dəyişdirilib. Kris Dann və Karsen Edvards “Memfis”ə yollanıb. Bundan başqa 2026-cı ilin draftının ikinci raundunda yerlər də dəyişdirilib.

Ernanqomes İspaniya millisi ilə 2019-cu ildə dünya çempionu olub. O, 2016-cı ilin draftında “Denver” tərəfindən 15-ci nömrə altında seçilib. Xuan ötən mövsümdə “Minnesota”da 52 matça çıxıb. O, orta hesabla 7,2 xal toplayıb. İspaniyalı qarşıdakı mövsümdə 6,2 milyon dollar qazanacaq.

ETOPAZ

Əvvəlki yazı

Halanddan qol seriyası

Növbəti yazı

Qvardiola “Mançester Siti” ilə 300-ə çatdı