Messinin 150-ci oyunu

Messinin 150-ci oyunu

Lionel Messi ilk dəfə PSJ-nin start heyətində meydana çıxıb. O, Çempionlar Liqasının “Brügge” ilə qarşılaşmasında iştirak edib. Bu, argentinalının Çempionlar Liqasında 150-ci oyunu olub.

Messi turnirin tarixində 150 və daha çox matç keçirən 3-cü sahə oyunçusudur. Yalnız Kriştiano Ronaldo (177) və Xavi (151) daha çox qarşılaşmada iştirak edib.

Xatırladaq ki, “Brügge” – PSJ matçı 1:1 hesabı ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Safiullin Marreyə qalib gəldi

Növbəti yazı

Halanddan qol seriyası