Haland antirekorda imza atdı

Haland antirekorda imza atdı

Erlinq Haland “Borussiya”da keçirdiyi son 5 Bundesliqa oyununda qol vura bilmir. Norveçli hücumçu XXIX turun “Ştutqart”la görüşündə də fərqlənə bilməyib.

Səfərdəki 2:0 hesablı qələbəyə assistlə töhfə verən Erlinq qolsuz seriyasını davam etdirib. O, sonuncu dəfə yanvarın 22-də rəqib qapısına yol tapıb. 

“Hoffenhaym” üzərində 3:2 hesablı qələbədə pay sahibi olan norveçli zədələnib və martın 13-dək meydana çıxa bilməyib. “Borussiya”nın heyətində Bundesliqada 5 oyun qol vurmamaq Haland üçün antirekorddur. Bu seriyayadək norveçli ən pis halda 2 matçı qolsuz keçirib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.04.2022

Növbəti yazı

“Yuventus”dan müdafiə planı