Sürpriz kupon – 10.04.2022
“Torino” – “Milan” – 2
“Torino” ardıcıl 8 oyundur qələbə qazana bilmir. Çətin ki, bu oyunda A seriyasının liderindən xal alsın. Ötən tur xal itirən “Milan” eyni səhvi inanmıram ki, təkrarlasın. Əks halda izləyiciləri aradakı xal fərqini rahatlıqla qapayacaq.
“Osasuna” – “Alaves” – 1
“Osasuna” 38 xalla 10-cı yerdədir.Qonaq komanda isə 22 xalla sonuncu pillədədir. “Osasuna” hələ də avrozonaya düşmək şansını itirməyib.
“Alaves” az qala qələbənin “dadını unudub”. Hər məğlubiyyət onları sequndaya yaxınlaşdırır.
Sensasiya gözləmirəm, məncə, oyun 1 variantı daha realdır.
“Fənərbaxça” – “Galatasaray” – QOL/QOL
Həmişəki kimi möhtəşəm İstanbul derbisi.
“Fənərbaxça” 2-ci yerdə möhkəmlənmək istəyir.
“Qalatasaray”ın isə turnir vəziyyəti çətindir. Amma cədvəldəki mövqedən asılı olmayaraq gərgin, amansız bir matç izləyəcəyimiz şübhəsizdir. Belə oyun üçün qarşılıqlı qollar təxmin edirəm.