Haaland Premyer Liqada ən çox qazanan futbolçu olacaq

Haaland Premyer Liqada ən çox qazanan futbolçu olacaq

“Mançester Siti” yeni futbolçusu Erlinq Haaland növbəti mövsümdən klubun şərəfini qoruyacaq. Onunla imzalanan müqavilənin bəzi detalları məlum olub.

Norveçli hücumçu həftəlik 585 min avro maaş alacaq. Bu, Premyer Liqanın ən yüksək maaş alan iki futbolçusu Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Kevin de Brüynenin (“Mançester Siti”) hazırda qazandıqları məbləğdən çoxdur.

Qeyd edək ki, Haaland bu mövsüm Bundesliqada 23 oyuna çıxıb, 21 qol vurub və 7 qolun ötürməsini verib.

ETOPAZ

Əvvəlki yazı

Svitolina “Rolan Qarros”dan imtina etdi

Növbəti yazı

“Napoli” “Nyukasl”ın təklifini rədd etdi