Svitolina “Rolan Qarros”dan imtina etdi

Svitolina “Rolan Qarros”dan imtina etdi

Dünyanın sabiq üçüncü raketkası Elina Svitolina növbəti yarışdan imtina edib. O, mayın 22-də start götürəcək “Rolan Qarros”dan geri çəkilib.

Püşkatmada onu Monika Puiq əvəz edəcək. Ukraynalı Mayamidəki turnirdə də çıxış etməyib. Bu il o, 13 görüş keçirib və cəmi beş qələbə qazanıb.

e-Topaz

Əvvəlki yazı

Qnabri “Real”ın hədəfində

Növbəti yazı

Haaland Premyer Liqada ən çox qazanan futbolçu olacaq