Həftənin ən yaxşısı adına namizədlər

Həftənin ən yaxşısı adına namizədlər

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlərin adları açıqlanıb. Siyahıda 4 futbolçu yer alır.

Bu futbolçulardan Erlinq Haaland “Mançester Siti”nin “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub etdiyi matçda 2 qol vuraraq dubl edib.
Madrid “Real”ının braziliyalı hücumçusu Rodriqo “Braqa” ilə oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Arsenal” – “Sevilya” (2:0) görüşünün ən yaxşılarından olan Bukayo Saka da Rodriqo kimi hesabına 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.

Antuan Qrizmann isə “Atletiko”nun “Seltik” üzərindəki böyükhesablı (6:0) qələbəsinə 2 qolla töhvə verib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 10.11.2023

Növbəti yazı

“Qarabağ” “Bayer”dən xal ala bilmədi