Sürpriz kupon – 10.11.2023
“Silkeborq” – Randers FK ÜST2.5
“Silkeborq” liderdən 6 xal geri qalır. Qonaqlarda vəziyyət nisbətən pisdi. 14 oyunda 14 xal toplayan “Randers” öz oyununu tapmaqda çətinlik çəkir, müdafiədəki boşluqları həll edə bilmir.
“Trabzonspor” – “Konyaspor” ÜST2.5
Meydan sahibləri “Beşiktaş” və “Kayserispor”la eyni xala malik olduğundan 4-6-cı yerləri bölüşdürür. Konya təmsilçisi autsayderlərdən uzaqlaşmağa çalışır, amma buna nail ola bilmir. Ötən tur “Fənərbağça”ya qalib gələn trabzonlular bu dəfə evdə eyni uğuru təkrarlamağa çalışacaq.
“Ankaragücü” – “Antalyaspor” QOL/QOL
Ötən tur “Beşiktaş”a qalib gələn (3-2) Antalya təmsilçisi indi səfərə yollanır. Qonaqlar ardıcıl üç matçda meydanı qələbəylə tərk edib. “Ankaragücü” rəqibin uğurlu seriyasına son qoymaq niyyətindədir.