Gürcüstan üçün tarixi matç

Gürcüstan üçün tarixi matç

AVRO-2024-də mübarizə davam edir. Bu gün 1/4 finalın daha bir iştirakçısı bəlli olacaq.

Kölndə baş tutacaq 1/8 final matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq. Quru hesablı qələbələri sıralayan pireneylilər titula doğru növbəti addımı atmağa köklənib. Nəinki minimum, hətta maksimum vəzifənin öhdəsindən gələn gürcülər isə təəccübləndirməkdə davam etməyə çalışacaqlar.

Qeyd edək ki, 1/8 final mərhələsi iyulun 2-də başa çatacaq.

AVRO-2024
1/8 final
30 iyun
23:00. İspaniya – Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa)
Köln Ştadium

ETOPAZ

Əvvəlki yazı

İngiltərə Slovakiyaya qarşı

Növbəti yazı

“Şamaxı”da ayrılıq