Sürpriz kupon – 02.07.2024
Avstriya – Türkiyə kart cəmi – 5,5 ÜST
Hər iki komanda sərt, bəzən də kobud oyunu ilə seçilır. Matçın əhəmiyyəti gərginliyi bir qədər də artıracaq. Fikrimcə, hakim bu matçda azı 6 dəfə sarı vərəqəyə əl atacaq.
Rumıniya – Niderland – 1-ci hissənin nəticəsi – 2
Rumıniya inadkar komanda təsiri bağışlasa da, məncə, Niderland onlara şans verməyəcək. Hətta riskə gedərək “narıncılar”ın ilk hissəni hesabda öndə bitirəcəyinə mərc edirəm.
Braziliya – Kolumbiya – 2,5 ALT
Amerika Kubokunda qrup liderliyi uğrunda matç. Kolumbiya liderliyini qorumaq üçün bəlkə də heç-heçəyə oynayacaq. Braziliyaya onların müdafiəsini yarmaq asan olmayacaq. Heç-heçə gözlədiyim bu oyunda daha “sığortalı” 2,5 alt variantına üstünlük verirəm.