Günün kuponu – 02.07.2024
Avstriya – Türkiyə QOL/QOL
1/8 finalın son matçında hücum potensialı yüksək iki komanda qarşılaşacaq. Qrup oyunlarının təhlili də bu matçda qarşılıqlı qollar gözləməyə əsas verir.
Rumıniya – Niderland 2
Niderland matçın favoritidir. Tarixi ərzində hollandlara cəmi bir dəfə qalib gələn Rumıniya yığmasından sürpriz gözləmirəm. Məncə, Niderland matçın əsas vaxtında qələbə qazanacaq.
Braziliya – Kolumbiya QOL/QOL
Hər iki komanda “Copa Amerika”da pley-offa vəsiqəni təmin etdiyindən oyun yalnız qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. 2 oyundan 6 xalı olan Kolumbiyanı heç-heçə qane edirsə, 4 xala malik Braziliyaya mütləq qələbə lazımdır. Komandaların hücum potensialını nəzərə alıb bu görüşdə qarşılıqlı qollara mərc edirəm.