Günün şansı – 08.11.2023
04:10
Şarlott Hornets – WAS Wizards – 1
Mövsümə uğursuz başlayan Şarlott Hornets son matçlarda uğurlu təsir bağışlayır. Şarlotun autsayder hesab olunan “Vaşinqton” qarşısında qələbə şansları daha yüksəkdi
04:40
Bruklin Nets – LA Klippers – 2
Heyətini ulduz oyunçu Ceyms Hardenlə gücləndirən “Klippers”in çempionluq iddiaları artıb. Səfərdə “Nets”lə qarşılaşacaq “Klippers”in qələbə şanslarını daha yüksək qiymətləndirirəm
05:10
Çikaqo Bulls – Finiks Suns – 2
Finiksin iki ulduz oyunçusu Bredli Bil və Devin Buker zədə səbəbilə mövsümün başlanğıcını buraxmalı olub. Son matçlarda uğursuz təsir bağışlayan “Finiks”in bu oyunda qalib gələcəyini düşünürəm