Sürpriz kupon – 08.11.2023
“Kopenhagen” – “Mançester Yunayted” – 1-ci hissə künc zərbələri – Man. Yunayted
Bəlkə də “Kopenhagen” hazırda çətin günlərini yaşayan “Yunayted”i bəzi oyun göstəıricilərində üstələyəcək. Amma korner sayında bunu bacaracaqlarına inanmıram. Fikrimcə, “Yunayted” bir ingilis klubu olaraq ənənəvi “silahlar”ından – künc zərbələrindən daha yaxşı istifadə edəcək.
“Real” – “Braqa” – 1-ci hissə – “Real”
3 oyundan maksimum nəticə göstərən “Real”ı “Braqa” ilə qarşılaşmada həyəcanlandıran bir səbəb görmürəm. Fikrimcə, Madrid klubu elə ilk hissədə qələbənin əsasını qoyacaq.
“Bavariya” – “Qalatasaray” – QOL/QOL
“Bavariya” favorit olsa da, “Qalatasaray”dan azı qol gözləməyə dəyər. İstanbullular qrupda 2-ci yeri əllərində saxlamaq üçün Münhendə var gücləri ilə döyüşəcək. “Bavariya”nın da müdafiəsi o qədər etibarlı deyil.