Günün kuponu – 08.11.2023
“Kopenhagen” – “Mançester Yunayted” – 2
Premyer liqadakı çıxışı ilə azarkeşlərini məyus edən “Yunayted” məncə, əsas diqqətini Çempionlar Liqasına yönəldib. “Qalatasaray”ın Münhendə xal itirmək perspektivini nəzərə alan mançesterlilərə Kopenhagendə qələbə çox vacibdir. Fikrimcə, ingilislər lazım olan 3 xalı əldə edə biləcək.
“Bavariya” – “Qalatasaray” – 1-ci hissə künc zərbələri –“Bavariya”
Münhen klubu matçın şəksiz favoritidir. Bəlkə də “Qalatasaray” bu oyunda sürpriz edəcək. Amma bir çox oyun komponentlərində, o cümlədən kornerlərin sayında “Bavariya”nın üstün olacağını düşünürəm. Hətta ilk yarının statistikasına görə də.
“Napoli” – “Yunion Berlin” – 1-ci hissə cüt şans 12
“Yunion Berlin”in onsuz da qrupdan çıxmaq şansı yüksək qiymətləndirilmirdi. İlk 3 oyunda uduzan almanlar 4-cü turda da məğlub olsa, hətta qrup 3-cüsü olmaq perspektivini də çətinə salacaq. Bu səbəbdən onların Neapolda “son döyüş” kimi oynayacağını düşünürəm. “Napoli” isə matçın favoritidir. Demək, hesabdakı bərabərliyin ilk hissədə pozulacağını təxmin etmək olar.