Günün kuponu – 30.05.2023
“Sivasspor” – “Konyaspor” 1
Sivas təmsilçisi hələ ki Super Liqada qalmaq vəzifəsini həll etməyib. Son iki oyun Rıza Çalımbayın komandası üçün böyük əhəmiyyət kəsb edir. “Sivasspor” çempionatda son 4 matçda uduzub. Mahir Emrelinin şərəfini qoruduğu “Konyaspor” üçün mövsümün son turları formal xarakter daşıyır. Bu səbəbdən də meydan sahibləri oyuna daha motivasiyalı çıxacaqlar.
“Fənərbaxça” – “Antalyaspor” 1
“Fənər”in sona 2 tur qalmış cüzi də olsa çempionluq şansları var. Çempionatın son turunda isə “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək. Lakin “Qalatasaray” sabah “Ankaragücü” səfərindən qalib ayrılsa, çempionluğunu rəsmiləşdirəcək.
“Alanyaspor” son 2 görüşünü heç-heçə başa vurub. “Fənər” meydana aşkar favorit kimi çıxacaq.
ABŞ (U-20) – Yeni Zelandiya (U-20) 1
Yeni Zelandiya 4 xal toplayaraq qrup 3-cüsü kimi 1\8 finala vəsiqə qazandı.
ABŞ isə qrupdakı bütün görüşlərini qələbə ilə başa vurdu. Birləşmiş ştatların komandası 3 oyunda qapısından bir top belə buraxmadı. Bu oyunda da amerikalılar üçün rəqibi məğlub etmək çətin olmamalıdır.