Sürpriz kupon – 30.05.2023
“Giresunspor” – “Trabzonspor” 1
Bir qələbə “Giresunspor”u təhlükəli zonadan çıxara bilər. “Trabzonspor”dan fərqli olaraq, meydan sahiblərinə mütləq 3 xal lazımdır.
Giresun klubunun heyətində itkilər çoxdur. Lakin Super Liqada qalmaq istəyən klub bu vəziyyətdə belə qələbə üçün oynamalıdır.
“Randers” – “Orxus” 2
Danimarka Super Liqasında çempionluq qrupunda yarışan komandalardan “Orxus”un avrokuboklara vəsiqə qazanmaq şansı az da olsa var.
“Randers” isə çamadan əhval-ruhiyyəsindədir və mövsümün başa çatmasını gözləyir.
Bu komandalar arasında son 3 oyundan ikisi heç-heçə nəticəlib, birində “Orxus” qalib gəlib.
“Alanyaspor” – “Kasımpaşa” ÜST 2,5
“Alanyaspor” 41 xalla 10-cu, “Kasımpaşa” 40 xalla 11-ci yeri tutur.
Alanya klubunun son oyunları məhsuldar alınır. Komanda 33-cü turda “Adana Dəmirspor”a 2:4 uduzdu. Növbəti turda öz meydanında “Konyaspor”dan 3 cavabsız top buraxdı. Son görüşdə isə “Kayserispor”u səfərdə 4:0 hesabı ilə məğlub etdi. Birinci dövrədə “Kasımpaşa” “Alanyaspor”u 4:1 hesabı ilə üstələmişdi. Komandaların turnir cədvəlindəki möveyi açıq, azarkeş üçün oynamağa imkan verir.