19 ilin rekordu

19 ilin rekordu

Azərbaycan Premyer Liqasının başa çatan 2022-23 mövsümündə 475 qol vurulub. 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir.

Bu, son 19 mövsüm üçün rekord göstəricidir. 2004-05 mövsümündən indiyədək olan müddətdə belə məhsuldarlıq qeydə alınmayıb.

Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003- 04 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.

Qeyd edək ki, 2021-22 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər olub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” çempionluğunu yubileylə qeyd etdi

Növbəti yazı

Günün kuponu – 30.05.2023