Günün kuponu – 29.02.2024

Günün kuponu – 29.02.2024

Antverp – Ostende 1

Belçika Kubokunda yarımfinal mərhələsinin cavab oyunu. İlk matçda tərəflər 1-1 hesablı heç-heçəyə razılaşıb. Cavab matçında “Antverp”in şansları yüksək qiymətləndirilir. Meydan sahiblərinin minimal hesabla qələbə qazanacağını fikirləşirəm.

Feyenord – Qroninqen 1

Niderland Kubokunda yarımfinal. Son beş ildə qonaqlar bu rəqibi üstələməyib. Adətən ev oyunlarında hücum futbolu nümayiş etdirən “Feyenord” rəqiblərə aman vermir. “Feyenord”un bu oyunda sevinəcəyinə inanıram.

Botoşani – Şepşi 2

Rumıniya liqasında son oyunlarda uğursuz olan “Şepşi” qələbəyə həsrətdi. Son beş turda qələbə qazana bilməyən “Şepşi” indi autsayderlə səfər matçına yollanır. Qonaqların bu matçda qələbə şansını yüksək qiymətləndirirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Zidan Mançester yolunda

Növbəti yazı

Sürpriz kupon – 29.02.2024