Günün kuponu – 27.02.2023
“Verona” – “Fiorentina” QOL/QOL
A seriyasında 24-cü tur uğursuz klubların duelinə mərc etməyi təklif edir. Yaxşı günlərini yaşamayan “Fiorentina” cəmi 6 qələbə qazanıb, 15-ci yerdə qərarlaşıb. “Verona” 18-ci sırada olmaqla A seriyasını tərk etməyə namizəd sayılır.
“Latsio” – “Sampdoriya” 1
UEFA Konfrans Liqasında 1\8 finala adlayan “Latsio”nu ÇL-ə vəsiqə verən 4-cü pillədən 2 xal ayırır. Autsayder olan “Sampdoriya” isə təhlükəli zonada qərarlaşıb. Son aylar doğma meydanda inamlı təsir bağışlayan “Latsio”nun bu şansı qaçırmayacağını düşünürəm.
“Qarabağ” – “Neftçi” ÜST2.5
Avrokuboklarla vidalaşan Ağdam klubu 13 xal geri qalan “Neftçi”ni qəbul edir. Son beş görüşdə qələbə qazanan “Qarabağ” yenə də favorit sayılır. “Gent”ə penaltilərdə uduzan liderin ölkə çempionatında qələbə qazanacağını proqnozlaşdıranlar az deyil.