Günün kuponu – 25.01.2024
“Bornmut” – “Suonsi” 1
“Bornmut” Çempionşipdə 16-cı yerdə qərarlaşan Uels təmsilçisi ilə oyunun aşkar favoritidir. Meydan sahibləri kubok mübarizəsində çox əziyyət çəkmədən qələbə qazanmalıdır.
Cənubi Koreya – Malayziya 1-ci hissəni qazanacaq: Cənubi Koreya
Asiya Kubokunu qazanmağa əsas namizədlərdən olan Cənubi Koreya qrupun autsayderi Malayziyanın müqavimətini qırmaqda çətinlik çəkməməlidir. Koreyalıların artıq ilk hissədə səviyyə fərqini nəticədə əks etdirəcəyini düşünürəm.
Qırğızıstan – Oman 2
Oman Asiya Kubokunda qrupdan çıxmaq şanslarını tam itirməyib. Komanda bu oyunda mütləq qalib gəlməli və Taylandın Səudiyyə Ərəbistanı ilə qarşılaşmada sensasiyaya imza atmayacağına ümid etməlidir. Buna qədər hər iki matçı uduzan Qırğızıstanın isə motivasiyalı rəqib qarşısında nəsə edə biləcəyi ağlabatan deyil.