Sürpriz kupon – 25.01.2024
“Samsunspor” – “Kayserispor” 1
“Kayserispor” ardıcıl 7 oyundur uduzur. “Samsunspor” isə son 3 matçının ikisində qalib gəlib, ötən həftə isə “Fənərbaxça” ilə səfər qarşılaşmasında heç-heçə edib. Komandaların indiki vəziyyətində meydan sahiblərinin qələbə şansları daha çoxdu.
“Qalatasaray” – “İstanbulspor”
“Qalatasaray” qələbə qazanacaq və hər iki komanda qol vuracaq
Əla formada olan “Qalatasaray”ın autsayder rəqibini məğlub edəcəyi demək olar heç kimdə şübhə doğurmur. Amma son matçdakı “Kayserispor” üzərində qələbəsi qonaqların əhvalını yaxşılaşdırıb. Bir qədər riskli görünsə də, onların təsəlli qolu vuracağına mərc edə bilərik.
“Rizespor” – “Trabzonspor” 1
ETOPAZ Qaradəniz derbisində meydan sahiblərinin qələbəsinə cəlbedici əmsal verir.
Son matçda evdə “Qalatasaray”a 1:5 uduzan “Trabzonspor”da psixoloji durum ürəkaçan deyil. Zədəli və Afrika Kubokuna gedən futbolçuların yoxluğunu da bura əlavə etsək, 5-ci yerdə gedən “Rizespor”un ilk dövrədə səfərdə məğlub etdiyi prinsipial rəqib üzərində daha bir qələbəsi heç də gözlənilməz olmaz.