Günün kuponu – 24.11.2023
Köln – Bayern Münhen
Hər iki hissəni qazanacaq komanda: Bayern Münhen
Qonaqlar oyunun aşkar favoritidi və qələbə qazanacaqları demək olar ki, şübhə doğurmur. Biz bir qədər risk edib hər iki hissədə “Bayern Münhen”in öz gücünü göstərəcəyinə mərc edə bilərik.
Sent Truyden – Antverpen 2
Son Belçika çempionu üçün mövsümün startını uğurlu saymaq olmaz. Komanda Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi hər 4 oyunu uduzub və bütün şanslarını itirib. Ölkə çempionatında isə liderdən 11 xal geridədir və 5-ci pillədə qərarlaşıb. “Antverpen”in toparlanıb bu qarşılaşmadan qələbə ilə ayrılacağını düşünürəm.
Utsiktens – Brommopoykarna ALT 2.5
Isveç çempionatının elitasına vəsiqə uğrunda ilk pley-off qarşılaşmasında komandaların ehtiyatlı oynayacağını proqnozlaşdırmaq olar. Yüksək liqadakı yerini qorumaq istəyən “Brommopoykarna” favorit sayılsa da, ilk növbədə öz qapısının toxunulmazlığını qorumağa çalışacaq. “Utsiktens”in də çox risk edəcəyini düşünmürəm.