Günün kuponu – 23.03.2022

Günün kuponu – 23.03.2022

“Melburn Viktori” – “Vestern Yunayted” – QOL/QOL

Meydan sahiblərinin iştirakı ilə son 4 oyun Qol/Qol bitib. Maraqlıdır ki, iki rəqibin son 3 qarşılaşmasının hamısında “Melburn Viktori” qalib gəlib.
“Vestern Yunayted” isə son 17 oyunundan cəmi ikisində rəqib qapılara yol tapa bilməyib.
Bu dəfə də bol qollu bir qarşılaşma olacağını güman edə bilərik.

“Brisben Roar” – “Melburn Siti” – QOL/QOL
A-liqanın hazırki lideri 10 oyundur meydanı qolsuz tərk etmir, amma 6 oyundur ki, qapısının toxunulmazlığını da qoruya bilmir.
“Brisben Roar” isə 3 oyundur öz meydanında qalib gəlir, amma ardıcıl 7 oyundur qapısında qol görür.
Qol/Qol gözləmək olar.

“San Paolo” – “San Bernardo” – 1

Qonaqlar Paulistada son 3 səfər oyununda məğlub olub. Meydan sahibləri isə son 10 oyundan cəmi ikisində məğlubiyyət acısı dadıb.
Qarşılaşmanın aşkar favoriti “San Paolo”nun qələbəsinə mərc etmək olar.

Anar Şabanoğludan ən son “Günün Kuponu”

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Sabonisin durumuna aydınlıq gəldi

Növbəti yazı

Sürpriz kupon – 23.03.2022