Günün kuponu – 22.12.2021

Günün kuponu – 22.12.2021

“Lorient” – PSJ – qol/qol

Komandaların turnir cədvəlindəki mövqeyinə görı bəlkə də bu variant kiməsə inandırıcı gəlmir. Amma “Lorient” adətən ev oyunlarında uduzsa belə, PSJ-yə ciddi müqavimət göstərir. PSJ-nin heyətində Mbappe, Veratti və Neymarın olmaması üzündən əsas iş Messinin üzərinə düşəcək. Hər halda parislilər istənilən heyətlə “Lorient” kimi rəqibə qol vura bilər. Bu səbəbdən qol/qol variantına daha çox inanıram.

“Lion” – “Mets” – 1

Lionlular ardıcıl 3 oyundur Liqa-1-də qələbə üzünə həsrətdir. Komanda adət etmədiyi 13-cü sıraya yuvarlanıb. Amma bir qələbə yetər ki, ilk “səkkizlik” yə qayıtsınlar. Məncə, autsayderlə görüşdə, 18 oyuna qapısından 38 qol buraxan “Mets”lə dueldə “Lion” qələbə şansını əldən verməyəcək.

“Empoli” – “Milan” – qol/qol

Bir kubok oyunu və son 5 A seriyası matçında uduzmayan “Empoli” turnir cədvəlində xeyli irəliləyərək 9-cu sıraya yüksəlib. Son turda öz meydanında “Napoli”yə uduzan milanlılar isə ondan əvvəl “Udineze” ilə görüşdə xal itirmişdi. Lider  “İnter”in xal fərqini artırmaq imkanının olduğunu nəzərə alsaq, “Milan” “Empoli” qarşısında var gücünü qoyacaq. Təbii ki, rəqib də məğlubiyyətsiz seriyasını 7 oyuna çatdırmağa çalışacaq. Məhz buna görə də qol/qol variantını daha real sayıram.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Tottenhem”dən CAS-a şikayət

Növbəti yazı

Sürpriz kupon – 22.12.2021