Günün kuponu – 20.10.2023
Espanyol – Leqanes 1
Sequndanın lideri Espanyol ən yaxın izləyicisi Leqanesi qəbul edəcək. Hər iki komanda elitaya qayıtmağı hədəfləsə də, mütəxəssislərin fikrincə Espanyol aşağı liqanın favrotidir. Zənnimcə, ev sahibləri Leqanesi məğlub edərək, xal fərqini artıracaqlar.
Borussia D. – Verder B. QOL/QOL
Həm Borussia Dortmund, həm də Verder Bremen qol vurmağı bacaran komandadır. Xüsusən bremenlilərin statistikasına nəzər yetirək. Komanda 14-cü sırada olsa da, 12 qol vurmağı bacarıb. Üst sıralarda onlardan daha az qol vuran 5 komanda var. Bu görüşdə qol-qol seçimini daha uyğun seçim hesab edirəm.
Parma – Komo 1
B seriyasının lideri Parmanın favorit statusunu bu görüşdə qoruyacağı fikrindəyəm. A seriyasına addım-addım yaxınlaşan parmalıların bu matçda rahat qələbə qazanacağını ehtimal edirəm.