Günün kuponu – 20.07.2022

Günün kuponu – 20.07.2022

“Maribor” – “Şerif” – 2,5 ALT

Hər iki komanda müdafiə futboluna üstünlük verir. İlk oyun olduğundan tərəflər ehtiyatı əldən verməyəcək. Fikrimcə, 2,5 alt bu qarşılaşma üçün optimal variantdır.

“HİK Helsinki” – “Viktoriya Plzen” – YOX/QOL

“HİK Helsinki” hazırda 15 turu arxada qalan Finlandiya Veykkausliqasında ən etibarlı müdafiəyə malik komandalardandır. Çexiya çempionu da rəqibə asanlıqla qol şansı verən komandalardan deyil. Ona görə inanmıram ki, hər iki tərəf bu matçda qol vursun.

“Dinamo Kiyev” – “Fənərbaxça” – 2,5 ÜST

Ukraynadakı vəziyyətə görə “Dinamo” rəqibini Lodz şəhərində (Polşa) qəbul edəcək. Müharibənin Ukrayna çempionatını yarımçıq qoyduğundan  bu kiyevlilərin oyununa təsir göstərəcək. Bununla belə komandanın var gücü ilə mübarizə aparacağını gözləyirəm. Məncə, 2,5 üst variantına güvənmək olar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Ulduzlar “Leykers”də qalmağı razılaşdırdı

Növbəti yazı

Sürpriz kupon – 20.07.2022