Günün kuponu – 19.08.2022
“Borussiya Münhenqladbax” – “Herta” QOL/QOL
Münhenqladbax klubu yenə mövsümə 1 qələbə, 1 heç-heçə ilə başlayıb. Lakin Daniel Farkenin rəhbərlik etdiyi komanda hər oyunda top buraxır. “Borussiya” yoxlama matçlarını da nəzərə alsaq, son 7 görüşdə qapısında qol görüb.
“Herta” Berlin derbisində “Union”a uduzduqdan sonra ötən tur “Ayntraxt”dan 1 xal ala bildi – 1:1.
“Herta”nın da son 5 görüşü qol\qolla yekunlaşıb. Güman edirəm ki, bu dəfə də hər iki komandanın fərqlənmək imkanları olacaq.
“Lion” – “Trua” 1
“Lion” digər klublardan fərqli olaraq, Liqa-1də hələ bir oyun keçirib. Həmin matçda da “Ayaçço”nu 2:1 hesabı ilə məğlub ediblər. Lyakazet “Arsenal”dan “Lion”a qayıdan kimi ilk rəsmi oyunda rəqib qapısına yol tapa bildi.
“Trua” isə mövsümə 2 məğlubiyyətlə başlayıb.
Bu komandalar arasında son 9 qarşılaşmanın hamısında “Lion” qalib gəlib. Bu dəfə də aşkar favorit meydan sahibləridir.
“Espanyol” – “Rayo Vallekano” ALT 2,5
“Rayo Vallekano” yeni mövsümə sensasiya ilə başladı. Madrid klubu səfərdə yenilənmiş “Barselona”nı büdrədə bildi – 0:0.
“Espanyol” isə ilk turda 0:2 uduzduğu matçda geridönüş edib “Selta”dan xal aldı – 2:2.
“Rayo Vallekano” yoxlama matçlarında da müdafiəsinin etibarlılığı ilə seçilib. Bu komandalar arasında son iki oyun minimal hesabla yekunlaşıb.