Sürpriz kupon – 19.08.2022
“Legiya” – “Qornik” 1
Mahir Emrelinin sabiq komandası “Legiya” yeni mövsümə pis başlamayıb. Varşava klubu 5 oyundan sonra 10 xalla 4-cü yeri tutur və lider “Visla Plotsk”dan 3 xal geri qalır.
“Qornik” isə 4 oyunun ikisində qalib gəlib, ikisində isə uduzub.
Bu komandalar arasında son 4 oyunda qol\qol qeydə alınıb. Amma bu dəfə Legiya”nın qələbəsi daha real görünür.
“Eştoril” – “Riu Ave” ALT 2,5
“Riu Ave” çempionata 2 məğlubiyyətlə başlayıb. Amma nəzərə almaq lazımdır ki, 2-ci turda komandanın rəqibi “Sportinq” olub.
“Eştoril” isə 1-ci turda qalib gəlsə də, ikinci həftə “Vitoria Gimarayenş”ə minimal hesabla uduzub.
Hər iki komandanın oyunları nadir hallarda məhsuldar alınır. Çempionatın əvvəlində hər iki tərəf ehtiyatlı oynamağa çalışacaq.
“Maqdeburq” – “Hannover” QOL/QOL
Hər iki komanda rahatlıqla qol da vura bilir, eyni cür öz qapısından top da buraxır. “Maqdeburq” son iki matçda qapısında 5 top görüb.
“Hannover” isə son iki görüşünü qələbə ilə başa vurub.
“Maqdeburq” II Bundesliqaya yeni gəldiyindən bu komandalar arsında indiyə qədər rəsmi oyun olmayıb.
Elə bir matçdır ki, hər iki klub fərqlənə bilər.